[WLS id='157']

Yoxsul insanların 7 məhvedici vərdişi

ds.idea_

1-ci vərdiş:

Pul yığmaq və investisiya yatırmaq bacarığının olmaması. Yoxsul insanlar da varlılar kimi pul qazanmaq üçün işləyirlər. Lakin onlar bir əsas nüansı unudurlar ki, insanı qazandığı pul deyil, qoruyub saxladığı və artırdığı vəsaitlər varlı edir. Kasıb insanlar bu prinsipi tətbiq etməyi bacarmırlar. Varlı insanlar isə nəinki pul qazanmaq üçün işləyirlər, onlar həmçinin pullara qənaət etməklə və onların həcmini artırmaqla, pulların da onlar üçün işləməsini təmin edirlər.

2-ci vərdiş:

Kasıb insanlar heç bir inkişaf nümayiş etdirmədən şirkətdə işləməyə davam edirlər. Başqa sözlə desək, onlar pul olan yerə getmirlər. Əslində isə insanın pula ehtiyacı varsa, o, ona çoxlu qazanc gətirən işlə məşğul olmalıdır. Elə iş, peşə, biznes və karyera növləri vardır ki, onlar insanlara pul qazanmaq və cəmiyyətin uğurlu insanları-idarəediciləri ilə təmasda olmaq üçün daha geniş imkanlar təklif edir.

3-cü vərdiş:

Kasıb insanların bütün diqqəti, adətən, sağ qalmaq uğrunda mübarizəyə istiqamətlənir. Onlar, əksər hallarda, bir çox ehtiyaclardan imtina edir və fədakarlıq etməyə vərdiş edirlər. Onlar gündəlik həyat ehtiyaclarından və dəbdəbəli həyatdan imtina edirlər. Öz ehtiyaclarını qarşılamaq məqsədilə əlavə gəlir mənbəyi tapmaq əvəzinə, bu insanlar kiməsə borclanmamaq üçün bu tələbatları məhdudlaşdırmağa çalışırlar.

4-cü vərdiş:

Kasıb insanlar hər zaman möcüzə gözləyir. Bu səbəbdən də onlar azart oyunlara, lotereyalara və buna bənzər layihələrə meyl göstərirlər. Bu tipli layihələrin təşkilatçıları insanları inandırmağa çalışır ki, arzuolunan gəliri əldə etmək üçün kapital və əmək sərf etməyə ehtiyac yoxdur, möcüzəyə inanın və zəngin həyat sizə də qismət olacaq. Əslində isə bu baş vermir. Bununla kasıb insanlar özləri varlanmır, əksinə lotereya və kazino sahiblərinə külli miqdarda pul xərcləyir.

5-ci vərdiş:

Kasıb insanlar potensial pulları tanımaq bacarığına malik deyillər. Onların əksəriyyəti ğz aktivlərindən, istedad və bacarıqlarından, xüsusi biliklərindən, informasiya və hobbilərindən istifadə etmirlər. Bununla da, özlərini çoxlu pul qazanmaqdan və şəxsi biznes qurmaqdan məhrum edirlər. Onlar unudurlar ki, öz istedad və bacarıqlarını xidmət və məhsul formasında digər insanlara təqdim etməklə, əslində “böyük pullar” qazana bilərlər.

6-cı vərdiş:

Kasıb insanlar pul qazandıran ideyalar fikirləşə bilmirlər. İnsan həqiqətən də gəlirli biznes ideyalar fikirləşə bilirsə, o zaman onun varlanmaq ehtimalı yüksəkdir. Əgər bugün kasıb həyatı yaşayırsınızsa, bunun ən əsas səbəbi ideya qıtlığıdır. Əgər siz öz ideyalarınızı maliyyələşdirmək iqtidarında deyilsinizsə, o zaman xeyriyyəçilərə və ya maliyyəçilərə müraciət etməklə, onlara öz təklif, ideya və biznes-planlarınızı təqdim edə bilərsiniz. Unutmayın ki, ən yaxşı ideyalar sadə və maliyyələşdirmə üçün əlçatan olmalıdır.

7-ci vərdiş:

Kasıb insanlar hər zaman bəhanə axtarırlar. Onlar öz uğursuzluqlarını və acizliklərini müxtəlif bəhanə və səbəblərlə ört-basdır etməyə çalışırlar. Onlar anlamaq istəmirlər ki, hər kəs maddi vəziyyətinə və həyat şəraitinə görə yalnız özü məsuliyyət daşıyır. Onlar yoxsul olduqlarına və nailiyyət qazana bilmədiklərinə görə hər zaman ətrafdakı insanları və şəraiti günahlandırırlar.

img1736225
pul_yigmaq_00


NuMuNe.BiZ