[WLS id='157']

Xəzər Universitetində əmək yarmarkası təşkil olunub

Asxu8hvWymfpVvSpNzY6AVNShuG8a3pDW1Ny3Zi106UJ 20d4724cd6dcfdf7a3b7b1327071bc67Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti «Karyerada ilk addım» devizi altında növbəti aktiv məşğulluq tədbirini Xəzər Universitetində təşkil edib.
ƏƏSMN-nin mətbuat xidmətindən daxil olan məlumata görə, işəgötürənlərin nümayəndələrinin də iştirak etdiyi tədbirdə tələbə və məzunlara əmək bazarındakı mövcud vəziyyət, peşə və ixtisaslara olan tələbat barədə məlumatlar verilib. Tədbir zamanı 7-si dövlət, 45-i özəl sektora aid 52 müəssisə tərəfindən 345 boş (vakant) iş yeri də təqdim edilib.
Müəssisələr arasında Venta Group şirkəti də dəvətli idi. Təşkil edilmiş yarmarkada əməkdaşlarımız yüzlərlə vətəndaşı qəbul etmiş, onlara hazırda və gələcəkdə yaranacaq boş vakansiyalar haqqında məlumat verilmişdir. Venta Group-un ən başlıca devizi, Azərbaycanda işsiz əhalini işlə təmin etməkdə dövlətimizə yardım etmək və insanlara karyera həyatında mühüm dəstək olmaqdır.
Tələbə və məzunlara boş iş yerlərinə göndərişlər verilməklə, onlardan əlavə təhsil kurslarına cəlb olunmaq, boş vaxtları ərzində müvəqqəti xarakterli, mövsümi işlərdə çalışmaq istəyənlər qeydiyyata götürülüb. Həmçinin idarə, müəssisə və təşkilatların nümayəndələri tələbə və məzunlarla ünsiyyətdə olaraq, gələcəkdə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq üçün onlardan şəxsi məlumatlar əks olunan CV-lər qəbul ediblər.6c8f0679-d9de-4443-8849-ee2c4ace394b 4c62bae8-ca17-4d3d-a5b2-74e11727f01c da48516f-15ab-40a4-ae99-b8c12bbbcc45  00a5825230bd2d85d83728518c747cf16e07a6a9-38a5-4fe3-a688-ec4a3c539ab28213441a-56b7-4801-b7c7-a0ecc10578ee

 


NuMuNe.BiZ