“Karyerada ilk addım”

12317963_1651565941797939_526549954_o  “Karyerada ilk addım” Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən noyabrın 27-də Odlar Yurdu Universitetində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri təşkil olundu. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatna görə, universitetdə keçirilən aktiv məşğulluq tədbiri tələbə və məzunların əmək bazarı, öz ixtisaslarına uyğun vakansiyalar barədə məlumatlar əldə etmələri, habelə işəgötürənlərlə ilkin əlaqələrinin qurulması məqsədilə təşkil olunub. Müəssisələr arasında Venta Group şirkəti də dəvətli idi. Təşkil edilmiş yarmarkada əməkdaşlarımız yüzlərlə vətəndaşı qəbul etmiş, onlara hazırda və gələcəkdə yaranacaq boş vakansiyalar haqqında məlumat verilmişdir. Venta Group-un ən başlıca devizi, Azərbaycanda işsiz əhalini işlə təmin etməkdə dövlətimizə yardım etmək və insanlara karyera həyatında mühüm dəstək olmaqdır.  18 noyabr tarixində Dövlət Məşğulluq Xidməti tərəfindən Turizm və Menecment Universitetində keçirilən əmək  yarmarkasında qəbul edilən 98 cv formasından 37 nəfər işlə təmin olunmuşdur.Məhz bu göstəricilərə istinad edərək fəaliyyətimizin daha da inkişaf edilməsi üçün həvəslə çalışmağı özümüzə hədəf seçmişik.
AntecuvortHsI7Pi-jtMlezejoI1RzdqvekfpNMsyaGfAhp_Hp3eQF2pZbR487fx6G6TemBn_t7NiUINMLIyRZwSAnjco20XYMhKteUjSLLNxTJnt_a6kTLVjisnGuT88MH2AuASvF9ynvnlmdodLTESsMBKbsitG-Tj9KCd9qIc25xP (1)Ah29LRjwsrnRb-pI65aIE_CLpqQmjhRlUu5T5Tm_7WUU

Microsoft Azerbaijan…

2015_11_24_10_35_52_819e

 

Təhsil Nazirliyi, “Microsoft Azerbaijan” şirkəti, “Yüksək Texnologiyalar Parkı” və “Nar” mobil rabitə operatoru “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin milli seçim turuna start verib. “Microsoft Imagine Cup” – dünya tələbələri arasında hər il keçirilən ən miqyaslı innovasiya müsabiqəsidir. Azərbaycanda sözügedən müsabiqə ikinci dəfə təşkil olunur. Müsabiqə çərçivəsində ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç kateqoriya üzrə iştirak edə bilər: “İnnovasiya”, “Dünya vətəndaşlığı” və “Oyunlar”.

Müsabiqədə iştirak etmək üçün “Microsoft” platforması üzərində innovativ proqram layihəsi, “Microsoft” texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən “Microsoft Windows” platformaları üzərində orijinal oyun hazırlamaq lazımdır. Müsabiqədə iştirak etmək istəyənlər cari ilin Dekabrın 25-dək qeydiyyatdan keçməlidir. Müsabiqədə 16 yaşına çatmış ali və peşə təhsil müəssisələrinin tələbələri iştirak edə bilər. Hər komanda eyni və ya müxtəlif universitetlərin 4-dək tələbəsindən ibarət olmalıdır. Komandanın ən azı bir üzvü ingilis dilində sərbəst danışmalıdır. Gələn ilin yanvarın 1-dən Aprelin 15-dək müsabiqəyə hazırlıq işləri aparılacaq, daha sonra isə, aprelin ortalarında, milli turun finalı keçiriləcək ki, nəticədə 3 qalib komanda elan olunacaq. Milli seçim turunun hər bir nominasiyasının qalibi qiymətli hədiyyələrlə təltif olunacaq və ikinci turda – gələn ilin aprel ayının sonunda onlayn rejimdə keçiriləcək beynəlxalq yarımfinalda iştirak etmək şansını əldə edəcək.

3 dəfə daha artıq bonus

 11906788_986966071349493_5869539293933705649_oNEPTUN supermarkətlər şəbəkəsi artıq 14 ildir ki, müştərilərinə yüksək xidmət göstərərək illərin inamını qazanmışdır.

 Hər an müştərilərini düşünən Neptun, xidmət səviyyəsinin yüksəldilməsi üçün daima təlimlər həyata keçirir. Bu təlimlərin nəticəsi olaraq  satıcılar  müştərilərə hansı məhsulun nə üçün istifadə edilməsindən əlavə  sağlamlığa nə dərəcədə xeyrli olduğunu belə izah edirlər.
 Neptun supermarketlər şəbəkəsi müştərilərə rahat alış – veriş şəraiti yaratmasından əlavə Neptun bonus kartla alış – veris edən müştərilər ilə telefon  əlaqəsi saxlayıb, göstərilən xidmətdən, çeşiddən, qiymətdən, etdiyi alış-verişdən zövq aldımı, təəsüratlarını öyrənərək tədbir görülür.
 Neptun müştərilərini daima diqqətdə saxlayaraq Neptun bonus kartla növbəti kampaniyasını həyata keçirir.Beləki, 23-30 noyabr tarixlərində  Neptun Supermarketlərindən alış-veriş edən müştərilərin qazandıqları bonuslar 3 dəfə çox hesablanacaqdır.

 

5 dəqiqəyə 50% doldurulan batareya

00d0b8d7ba5598ef795ca79828047dd1_L

 Çinin ağıllı telefon nəhənglərindən olan Huawei-nin yeni istehsal etdiyi  batareya ilə artıq  ağıllı telefonlar 5 dəqiqəyə 50% doldurula biləcəklər. 

Cihazı ən qısa zamanda batareya ilə yükləmə texnologiyası Android telefonlarda böyük rəqabətə çevrildiyi  bir vaxtda Huawei kimi Qualcomm da 5 dəqiqəyə 60% doldurula bilən batareya istehsal etmək üçün  təcrübələr aparır.
Sürətli doldurulma texnologiyasının ən mühüm nümunəsi olan Samsung S6 10 dəqiqəlik doldurulma ilə 4  saat full şəkildə işləyir.  Huawei həmçinin 2 dəqiqədə 70% doldurula bilən batareya da istehsal edib. Lakin bu batareya ağıllı telefonlar üçün kifayət deyil.

Rahat marketdə 3 gün 3gecə hədiyyə

12239451_451112011757900_6157206180318301357_o

RAHAT marketlər şəbəkəsi eyni zamanda 3 filialda keçirəcəyi möhtəşəm ad günü kampaniyasına müştəriləri dəvət edir. 27-28 noyabr 2015-ci il tarixində:
Rahat market Sumqayıt şossesində yerləşən filialının 5 yaşı tamam olması münasibətilə,
Rahat market Təbriz küç. 60 ünvanında (Su sonası şadlıq sarayının 1-ci mərtəbəsi) yerləşən filialının 1 yaşı tamam olması münasibətilə,
Rahat market Müşfiqabad qəsəbəsi , Bakı-Şamaxı yolunun 16-cı kmliyində yerləşən filialının 1 yaşı tamam olması münasibətilə təşkil edəcəyi hədiyyəli və endirimli kampaniyalardan yararlanmağa dəvət edir.
1Ad günü tədbirlərində şən klounlar, dadlı-ləzzətli tort, 20 Azn alış-veriş edən hər kəsə restoran, əyləncə və digər xidmətlər 50% endirimlə təqdim olunacaq. Bunadan əlavə olaraq 1 saat pulsuz danışıq kartı , uşaqlar üçün möhtəşəm əyləncələr və digər hədiyyələr Sizi gözləyir.

12241529_1033065743381508_2725291159461401586_nÜnvanlar:
1. Sumqayıt şossesi, 3 km (Lukoil YDM -nın yanı)
2. Təbriz küç. 60 ünvanında (Su sonası şadlıq sarayının 1-ci mərtəbəsi)
3. Müşfiqabad qəsəbəsi , Bakı-Şamaxı yolunun 16-cı km

Ətraflı məlumat üçün:
Tel.: 012-465-31-18
12291021_1033065760048173_9169220525365267163_o

Nə qədər tez-tez səhv edirsiniz?

23Nə qədər tez-tez səhv edirsiniz? Ya da başqa cür sual verilsə, ən son nə zaman yolda gedərkən yerə yıxıldınız? Velosipedə minərkən tarazlığınızı itirdiniz? Və ya bir şey açmağa çalışarkən əlinizi kəsdiniz?.
Artıq gedərkən ya da velosipedə minərkən demək olar ki heç səhv etmirsiz, bunun səbəbi müəyyən zaman içərisində etdiyiniz səhvlərdən dərs alaraq o mövzularda artıq davranış və hərəkətlərinizi mükəmməlləşdirmiş olmağınızdır. Səhvlər ümumi olaraq yeni bir şey edərkən başımıza gəlir. Nə qədər az yeni bir şey sınasanız o qədər başımıza az hadisə gəlir. İnkişaf üçün yeniliklərə və səhvlərə açıq olmağınız lazımdır. İnkişafın bəlkə də 1 nömrəli qaydası yeni addımları, yeni fikirləri sınamaqdır. Ancaq əvvəl heç etmədiyiniz bir şeyin arxasından əlbəttə hər zaman zəfərlə qarşılaşmaya bilərsiniz. Ancaq burada ən əhəmiyyətli olan səhvlərdən dərs alıb gələcəkdə daha da yaxşı hazırlaşmaqdır. Səhv edərək harda zəif olduğumuzu görür və bu tərəflərimizi inkişaf etdirməyə çalışırıq. Öyrəndikcə daha da inkişaf etmiş oluruq. Səhv etməyin digər istiqaməti özümüzü pis hiss etməyimiz və bəzən də utanmağımızdır, buna görə də yeni şeylər sınamaqdan özümüzü saxlayırıq. Yeni addımların və səhv etmənin utanc qaynağı olduğunu düşünməkdənsə, sizə təcrübə qazandıran bir fəaliyyət və ya hadisə olduğunu düşünməyiniz daha da yaxşı olardı. Özünüzü sınayaraq daha az səhv etmiş olacaqsınız. Səhvdən dərs çıxarıb ona gülümsəməli, amma tərs gedən istiqamətləri qətiliklə anlamalısınız. Beləcə həm özünüzü , həm işinizi , həm də ətrafınızı inkişaf etdirə bilərsiniz.