[WLS id='157']

Nə qədər tez-tez səhv edirsiniz?

23Nə qədər tez-tez səhv edirsiniz? Ya da başqa cür sual verilsə, ən son nə zaman yolda gedərkən yerə yıxıldınız? Velosipedə minərkən tarazlığınızı itirdiniz? Və ya bir şey açmağa çalışarkən əlinizi kəsdiniz?.
Artıq gedərkən ya da velosipedə minərkən demək olar ki heç səhv etmirsiz, bunun səbəbi müəyyən zaman içərisində etdiyiniz səhvlərdən dərs alaraq o mövzularda artıq davranış və hərəkətlərinizi mükəmməlləşdirmiş olmağınızdır. Səhvlər ümumi olaraq yeni bir şey edərkən başımıza gəlir. Nə qədər az yeni bir şey sınasanız o qədər başımıza az hadisə gəlir. İnkişaf üçün yeniliklərə və səhvlərə açıq olmağınız lazımdır. İnkişafın bəlkə də 1 nömrəli qaydası yeni addımları, yeni fikirləri sınamaqdır. Ancaq əvvəl heç etmədiyiniz bir şeyin arxasından əlbəttə hər zaman zəfərlə qarşılaşmaya bilərsiniz. Ancaq burada ən əhəmiyyətli olan səhvlərdən dərs alıb gələcəkdə daha da yaxşı hazırlaşmaqdır. Səhv edərək harda zəif olduğumuzu görür və bu tərəflərimizi inkişaf etdirməyə çalışırıq. Öyrəndikcə daha da inkişaf etmiş oluruq. Səhv etməyin digər istiqaməti özümüzü pis hiss etməyimiz və bəzən də utanmağımızdır, buna görə də yeni şeylər sınamaqdan özümüzü saxlayırıq. Yeni addımların və səhv etmənin utanc qaynağı olduğunu düşünməkdənsə, sizə təcrübə qazandıran bir fəaliyyət və ya hadisə olduğunu düşünməyiniz daha da yaxşı olardı. Özünüzü sınayaraq daha az səhv etmiş olacaqsınız. Səhvdən dərs çıxarıb ona gülümsəməli, amma tərs gedən istiqamətləri qətiliklə anlamalısınız. Beləcə həm özünüzü , həm işinizi , həm də ətrafınızı inkişaf etdirə bilərsiniz.


NuMuNe.BiZ