“Karyerada ilk addım” – Venta
[WLS id='157']

“Karyerada ilk addım”

12317963_1651565941797939_526549954_o  “Karyerada ilk addım” Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən noyabrın 27-də Odlar Yurdu Universitetində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri təşkil olundu. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatna görə, universitetdə keçirilən aktiv məşğulluq tədbiri tələbə və məzunların əmək bazarı, öz ixtisaslarına uyğun vakansiyalar barədə məlumatlar əldə etmələri, habelə işəgötürənlərlə ilkin əlaqələrinin qurulması məqsədilə təşkil olunub. Müəssisələr arasında Venta Group şirkəti də dəvətli idi. Təşkil edilmiş yarmarkada əməkdaşlarımız yüzlərlə vətəndaşı qəbul etmiş, onlara hazırda və gələcəkdə yaranacaq boş vakansiyalar haqqında məlumat verilmişdir. Venta Group-un ən başlıca devizi, Azərbaycanda işsiz əhalini işlə təmin etməkdə dövlətimizə yardım etmək və insanlara karyera həyatında mühüm dəstək olmaqdır.  18 noyabr tarixində Dövlət Məşğulluq Xidməti tərəfindən Turizm və Menecment Universitetində keçirilən əmək  yarmarkasında qəbul edilən 98 cv formasından 37 nəfər işlə təmin olunmuşdur.Məhz bu göstəricilərə istinad edərək fəaliyyətimizin daha da inkişaf edilməsi üçün həvəslə çalışmağı özümüzə hədəf seçmişik.
AntecuvortHsI7Pi-jtMlezejoI1RzdqvekfpNMsyaGfAhp_Hp3eQF2pZbR487fx6G6TemBn_t7NiUINMLIyRZwSAnjco20XYMhKteUjSLLNxTJnt_a6kTLVjisnGuT88MH2AuASvF9ynvnlmdodLTESsMBKbsitG-Tj9KCd9qIc25xP (1)Ah29LRjwsrnRb-pI65aIE_CLpqQmjhRlUu5T5Tm_7WUU


NuMuNe.BiZ