[WLS id='157']

Günel Rəsulovanın uğur hekayəsi …

gunel

Günel Rəsulova bizə öz uğur hekayəsindən danışdı və əslində hər birimizə örnək ola biləcək bu hekayə bəlkə də kiminsə həyatında bir ümid oyadacaq.

“Əslində hər şey inam və səbrdən başladı.

Artıq 3 ildən çoxdurki  Venta Group şirkətində fəaliyyət göstərirəm. Bu şirkətin sıfırdan indiki vəziyyətə gəlməsinə  əlbəttəki  inam , səbr və güclü komanda lazım idi. Yolun başında təsisçimiz Əliağa bəyin “inanmaq və səbr etmək lazımdır“ cümləsini heç unutmadım. İnandım və səbr etdim! Daim öz üzərimdə çalışdım işin çətinliyinə, böyük məsuliyyətinə baxmayaraq əzmlə, geri  çəkilmədən  şirkətin böyüyüb inkişaf etməsinə səy göstərdim. Bu illər ərzində Venta Group şirkətində müxtəlif vəzifələrdə fəaliyyət göstərmişəm. Hazırda isə Ümumi  Qeydiyyat Departamentinin müdiri vəzifəsində çalışıram.

Dünyada xidmət sahəsi geniş və çətin bir sahədir. Nəzərə alsaq ki, hazırda dünya iqtisadi böhran keçirir və işsizlik geniş vüsət alıb. Şirkətimizə gün ərzində yüzlərlə işsiz insan müraciət edir. Bu insanlara düzgün xidmət göstərib məmnun yola salmaq üçün əlimizdən gələni edirik. İşsizliklə mübarizədə dövlətə dəstək məqsədilə yaranan Venta Group İşlə Təmin mərkəzi olaraq gələcəkdə də bu istiqamətdə müxtəlif layihələrlə çıxış edəcəyimizə inanırıq.

Bugün minlərlə gənc kariyerasının başlanğıc nöqtəsindədir. Onlara  əzm, möhkəm iradə və ən əsası inam arzu edirəm. Çünki insan öz gördüyü işə inanmırsa ətrafındakı insanlar da ona inana bilməzlər.“


gunel1
IMG_
image2


NuMuNe.BiZ