10 milyon dollarlıq dərs

458ab0 (1)

«IBM”in qurucusu Tom Vatsonun köməkçilərindən biri, şirkətə 10 milyon dollara başa gələn böyük bir səhv edir. Onu dərhal müdirin kabinetinə çağırırlar. Hər kəs onun işdən qovulacağından son dərəcə əmindir və adamın özü belə, otağa girər-girməz başına nə gələcəyindən əmin bir şəkildə, „Bilirəm ki, istehfamı istəyirsiniz“- deyir.
Ancaq Vatson, edilən səhvlərdən alınan dərslərin ən yaxşı bilik olduğunu izah edən və hər kəsi şoka salan bu cavabı verir: „Zarafat edirsən? Sənin 1 dərsin üçün 10 milyon dollar xərclədik və təhsilinə bu qədər pul xərclədiyimiz birinin işdən ayrılmasına əsla icazə verə bilmərəm…“

Bu həqiqətən baş vermiş bir əhvalatdır və həyatda başımıza gələn xoşagəlməz hallara qarşı, necə münasibət bəsləmək lazım olduğunu başa salan ibrətamiz bir hekayədir. Aldığımız zərbə nə qədər ağır olsa da, dəymiş zərər nə qədər böyük olsa da, əvəzinə o qədər böyük dərs almış oluruq. Belə olan halda, o dərsin haqqını vermək, daha da böyük qüvvə ilə ayağa qalxmaq, daha sərt bir zərbəylə həyata cavab vermək lazımdır. Əgər, belə acı təcrübələr nəticəsində lazım olan dərsi ala bilsək, istənilən işin öhdəsindən bacarıqla gəlmək üçün bizə heç bir şey maneə ola bilməz.

Eyzenhauer : „Zəfərlər ucuz qiymətlərə alına bilməz”. “Dəyərini əvvəlcədən ödədiyiniz dərslərinizi yaxşı mənimsəyin!»

Gənc milyoner

940314Amerikalı Bella Vims doğum günündə ailəsindən avtomobil istədi. Ailəsindən «qazan, özün al” cavabını alanda qarşısına məqsəd qoydu və zərgərlik dizaynı ilə 250 milyon dollar qazandı.
Atasının verdiyi xərcliklə dolanan gənc qızın üç ilin içində 250 milyon dollarlıq dövriyyəsi olan bir şirkət qurması inandırıcı olmaya bilər. Ancaq amerikalı Bella Vims bu möcüzəni gerçəkləşdirdi.

14 yaşında öz işini qurdu

Zərgərlik dizaynerliyinə həvəsi olan Bella əvvəlcə dostlarını müştəri olaraq seçdi. Sonra „Oriqami Oul” adı altında qurduğu şirkətlə özü kimi daş-qaş dizayneri olanları bir yerə toplayaraq bir şəbəkə qurdu. Daimi olaraq təşkil etdiyi şənliklərdə düzəltdikləri bəzək əşyalarını satmaq imkanı olan fərdi dizaynerlər eyni zaman professional alıcılarla da görüşmək imkanı tapdı.

Qarşıma məqsəd qoydum, milyonçu oldum

Satışlardan əldə edilən gəlirlərin üzərinə bərabər dizaynerlik təlimini də gələndə 2011-ci ildə 280 min dollarlıq bir büdcəyə nail olundu. 2012-ci ildə gəlir 86 dəfə artdı. İndi isə 17 yaşındakı Bella Vims 250 milyon dollarlıq və 25 min müstəqil dizaynerdən ibarət olan bir komandanın başçısıdır.

Stiv Cobsdan uğur qazanmağın 12 prinsipi

Stiv-Cobsdan-ugur-qazanmagin-12-prinsipi162869

 

1. Sevdiyiniz işlə məşğul olun.

2. Hər kəsə bənzəməyin. Qeyri-standart düşünməyə çalışın.

3. Nə ilə məşğul olmağınızdan asılı olmayaraq, gördüyünüz işi mümkün qədər yüksək səviyyədə yerinə yetirməyə çalışın.

4. SWOT təhlil üzərində çalışın.

5. Ciddi və işgüzar olun.

6. Kiçik işlərdən başlayın, lakin həmişə zirvəni fəth etmək arzusunda olun.

7. Lider olmağa istiqamətlənin.

8, Bütün diqqətinizi nəticənin əldə olunmasına yönəldin.

9. Müxtəlif mənbələr arasında qarşılıqlı əlaqə yaratmağa çalışın.

10. Yeniliklərə açıq olun.

11. Uğursuzluqlardan nəticə çıxarmağa çalışın.

12. Müntəzəm olaraq, yeni biliklər əldə etməyə çalışın.

 

Satıcı vəzifəsinə göndərdiyimiz işçi …

12108075_1709375412627318_2589349705659692974_n

Satıcı vəzifəsinə göndərdiyimiz Nəsir Nəsibov Şahin oğlu hazırda Bizim marketdə mühafizə vəzifəsində çalışır.

Nəsir: “Mən Venta Groupa müraciət edərkən düşündüm ki, hər hansı bir işlə təmin olunaram. Market sahəsində karyera qurmaq məqsədi ilə 7 günlük təlim proqramına qatıldım və həm nəzəri, həm praktik məlumatlara yiyələndim. Təlimi bitirdikdən sonra məni satıcı vakansiyası üzrə marketə işləməyə göndərdilər. Həqiqətən çalışqanlığım, etibarlılığım, işimin öhdəsindən yetərincə gəlməyim ona şərait yaratdı ki, məni mühafizə işinə yönəltdilər. Hazırda marketdə mühafizə vəzifəsində çalışıram. Qısacası Venta Group sayəsində öz həyatımda böyük dəyişikliklər edib gələcəyə doğru uğurlu addımlar atmağa başlamışam. “

“Coca-Cola”nın prezidenti niyə heç vaxt tək şam etmir

2015_08_25_12_40_07_696b

“The Coca-Cola Company” şirkətinin Direktorlar Şurasının sədri və baş direktoru Muxtar Kent biznesdə ən önəmli amillərdən biri sayılan əlaqələr haqda danışıb. Hər dəfə tələbələrin və gənc peşəkarların qarşısında çıxış edərkən onların ən çox verdiyi sual: “Biznesdə uğurunuzun əsas səbəbi nədir?” olur. Buna cavab olaraq “Heç vaxt tək şam etmirəm” deyə bildirirəm. Həyatın hər anı müxtəlif insanlarla yeni münasibət qurmaq və ya bu münasibətləri möhkəmləndirmək üçün bir fürsətdir. Münasibətlər onun iştirakçıları üçün bir çox gözəl imkanlar yaradır. Ardını oxu ““Coca-Cola”nın prezidenti niyə heç vaxt tək şam etmir”

Uğura aparan yolda düşmənlik yoxdur, dostluq var; kin və nifrət yoxdur, sevgi və xoşgörü var

ugurKüsməyəcəksən. Dözəcəksən. İllər əvvəl yaddaşıma yazdığım dəyərli bir ifadə var: həyatın çətinlikləri və məşəqqətləri qarşısında qalib olmaq üçün yeganə yol nə dostdan, nə də düşməndən küsməməkdir, hər şəraitdə dözüm və iradə nümayiş etdirməkdir. Uğura aparan yolda düşmənlik yoxdur, dostluq var; kin və nifrət yoxdur, sevgi və xoşgörü var.

Ardını oxu “Uğura aparan yolda düşmənlik yoxdur, dostluq var; kin və nifrət yoxdur, sevgi və xoşgörü var”

Vikipediyanın yaradıcısı əslində kimdir?!

1024px-Jimmy_wants_you

Cimmi Donal Ueyls (ing. Jimmy Donal “Jimbo” Wales; d. 7 avqust 1966, Hantsvill, Alabama, ABŞ) — internet-sahibkar, viki konsepsiyasının ideoloqu, Vikipediyanın yaradıcısı. Cimmi Ueyls həm də Vikipediya və müxtəlif viki-layihələri idarə edən və qeyri-kommersiya təşkilatı olan Vikimedia Fondunun və Vikimedia Fondu ilə əlaqəsi olmayan Wikia adlı şirkətin qurucusudur. Ardını oxu “Vikipediyanın yaradıcısı əslində kimdir?!”