“Samsung”-dan “Apple”-a atmaca

1442228451_samsung

 

«Apple» yeni modelləri «iPhone 6S» və «iPhone 6S Plus»u tanıdan kimi «Samsung» yeni reklam çarxını yayımlayıb rəqibinə atmaca atdı.
Pərakəndə.az saytı Azadlıq radiosu.az-a istinadən xəbər verir ki, maraqla gözlənilən «Apple»ın təqdimatı sentyabrın 9-da baş tutdu. Bir çoxları təxmin edirdi ki, şirkət yeni smartfonlarla simsiz şarj funksiyasına keçəcək. Ancaq gözləntilər boşa çıxdı. Şirkət belə bir funksiya tanıtmadı.
«Samsung» şirkəti fürsətdən yararlanıb qısa müddət sonra bir reklam çarxı təqdim etdi. «Samsung» bu reklamda rəqibinə simsiz şarjla bağlı atmaca atıb. Şirkət simsiz şarj funksiyasını qabardaraq, «Apple»ın «Bir «iPhone»nun yerini ancaq başqa bir «iPhone» tuta bilər» şüarına da «O bir telefon deyil, o bir «Galaxy»» sloqanıyla cavab verib.

“Youtube Red” təqdim olunacaq

What-is-YouTube-Red-ServiceDünyanın ən böyük video platforması olan Youtube yeni xidməti “Youtube Red”i təqdim etməyə hazırlaşır. “Youtube Red” istifadəçiləri izlədikləri videolarda reklam görməyəcək və offline olaraq video izləyəcək. İstifadəçilər videoları kompüterlərinə endirə biləcəklər. Bu sayədə videolar internet lazım olmadan da izlənəcəkdir. Ancaq bu xidmət üçün ayda 10 dollar ödəmək lazımdır. “Youtube Red”in 1 aylıq sınaq müddəti pulsuz olacaq. İlk növbədə ABŞ-da istifadəyə veriləcək “Youtube Red”in yaxın günlərdə beynəlxalq istifadəyə verilməsi planlaşdırılır.

“Port Baku Bazar” Grand Opening

10

Bakının mərkəzində Qafqazda ilk və yeganə olan Ən Elit və Lüks seqmentin supermarketi  “Port Baku Bazar” ın təntənəli açlışı oldu. 40-dan çox xarici ölkədən gətrilmiş 18 min çeşid məhsul, fərqli dadlara üstünlük verən Qurme insanlar üçün əvəzedilməzdir. Açlışa Bakıda yaşayan xarici ölkə vətəndaşları, səfirlik nümayəndələri, məşhurlar , biznesmenlər, media nümayəndələri və elit təbəqənin nümayəndələri gəlmişdi. Ardını oxu ““Port Baku Bazar” Grand Opening”

“Port Baku Bazar” Grand Opening

10 Bakının mərkəzində Qafqazda ilk və yeganə olan Ən Elit və Lüks seqmentin supermarketi  “Port Baku Bazar” ın təntənəli açlışı oldu. 40-dan çox xarici ölkədən gətrilmiş 18 min çeşid məhsul, fərqli dadlara üstünlük verən Qurme insanlar üçün əvəzedilməzdir. Açlışa Bakıda yaşayan xarici ölkə vətəndaşları, səfirlik nümayəndələri, məşhurlar , biznesmenlər, media nümayəndələri və elit təbəqənin nümayəndələri gəlmişdi. Ardını oxu ““Port Baku Bazar” Grand Opening”

Ayın “Ən Yaşxı İşçisi”…

12086933_1724814791075692_62946194_nVenta Qrup hər zaman öz yenilikləri ilə şirkətin çalışanlarını və müştərilərini təəcübləndirməyi bacarır.

10.10.2015 tarixində keçirilmiş  iclasda şirkətin inkişafı üçün bir çox məsələlər müzakirə olundu və  bir sıra qərarlar qəbul olundu. Bunlarla yanaşı şirkətin ən “Ən Yaxşı İşçisi”  üçün səs vermə keçirildi. Bu ay üzrə ən çalışqan, məsuliyyətli, işinin öhdəsindən layiqincə gəlməyi bacaran , müştərilərlə düzgün ünsiyyət saxlamağı bacaran  Samirə Piriyeva seçildi. Hər kəs bu ədalətli qərar ilə Samirə xanımı təbrik etdi və uğurlarının davamlı olmasını arzuladı.

 

 

Ucar sakinlərinin nəzərinə…

43

 

“RAHAT” marketlər şəbəkəsi regionlarda daha bir filialının açlışını etdi , bu şəbəkənin regionlarda açdığı 4-cü mağazadır.

10 Sentyabrda, sayca 24-cü olan yeni “RAHAT” market alıcıların istifadəsinə verildi. Açlışa şəhər icra nümayəndələri və bir sıra rəsmi vəzifəli şəxslər qatılaraq açlışda iştirak ediblər. Sakinlər və Rəsmi nümayəndələr mağazanın açlışından çox razı qaldıqlarını bildiriblər. Açlış və sonrakı günlərdə Ucar sakinlərinə bol-bol hədiyyələr və Endirimli Məhsullar təqdim olunur.

342317

“Reebok”dan maraqlı reklam çarxı

“Reebok” yeni model ayaqqabısı “Z Pump Fusion”ın reklam təqdimatı üçün maraqlı bir üsuldan istifadə etdi. Reklam çarxında kino zalında film izləyən insanlar birdən birə gördükləri mənzərə qarşısında təəccüb yaşayır. Daha sonra kresloda əyləşən insanların üzərlərinə işıq əks etdirilərək Reebok’un yeni ayaqqabılarını geymələri və treadmillin üzərində qaçaraq kinonun davamını izləmələri xahiş olunur. Bir kinosevər yorulduğu zaman yerinə başqa bir kinosevər treadmillin üzərində qaçaraq filmin davam etməsini təmin edir.