İnterneti icad edən – Vinton Cerf

Cerf-Vinton-Gray_-460x306

Vinton Cerf, 1970-ci li illərdə universiteti yeni bitirmiş, iyirmi yaşlarında gənc bir riyaziyyat mühəndisi idi. O, doğuşdan qulaqları eşitməyən Carinneye aşiq oldu. Carinne, kimsəylə ünsiyyət qura bilmir, telefonla belə danışa bilmirdi. California Universiteti Riyaziyyat Mühəndisliyində kompüterlərarası məlumat transferiylə  məşğul olan Cerfin  tək istəyi həyat yoldaşını xoşbəxt etmək idi.
İnternet, o zamanlar hərbi məqsədlərlə istifadə edilən bir sistem idi. Vətəndaşların istifadə edə bilmədiyi internet, qısa müddət ərzinə 200 ayrı –ayrı vətəndaş və təşkilatlara yayıldı. Cerf interneti inkişaf etdirən elm adamları arasında idi. Ancaq o daha əhəmiyyətli bir şey etdi və interneti həyat yoldaşı da istifadə edə biləcəyi bu günki halına gətirdi.

Cerf:-  Ən çox həyat yoldaşım sevindi…

Əgər bunu etməmiş olsaydı  ucsuz-bucaqsız dünyada kimsə istədiyi məlumata çata bilməzdi.

Bu gün, həyat yoldaşı artıq universitetdə oxuyan oğulumuzla
belə internet yoluyla danışa bilir. Kim bilər bəlkə də interneti həyat yoldaşımı xoşbəxt edə bilmək üçün icad etmişəm … deyə danışır.

30 yaşından sonra uğur qazanmış milyonerlər

twitter-jack-dorsey-entrepreneursJack Dorsey, Twitter’in qurucusu

Jack Twitter’i yaratdığı zamanlarda 30 yaşı yeni olmuşdu. Onun ilk şəxsi biznesi taksi, kuryer xidmətləri həyata keçirirdi, lakin 2006-cı ildə bu şirkət uğursuzluğa düçar oldu. Buna qədər Jack New York’dakı bir xəbər agentliyində dispetçer xidmətinin proqramisti işləyirdi.

   40_tim-westergren-sync_01             Tim Westergren, Pandora’nın qurucusu

Westergren Pandora şirkətini 35 yaşında qurub. İlk əvvəl şirkət aparat təminatının satışıyla məşğul idi. The Hustle’in bildirdiyinə görə, əvvəllər Tim əməkdaşlarına maaş verə də bilmirdi, ona görə də fəaliyyət sahəsini dəyişdirmək qərarına gəlir və musiqi sistemi yaratmaq qərarına gəlir. Pandoranı yaratmamışdan qabaq, Tim özünü bəstəkar, aktyor və dayə rollarında da sınayıb.

Yan Kum, WhatsApp’ın qurucusu    original_big

Yan Kum dünyanən ən məşhur mesajlaşma platformasını 33 yaşında istifadəyə verib. Şirkətini qurana kimi, o, 10 il Yahoo-da işləmiş, Facebook-da işə düzəlməyə çalışmış, lakin bu cəhdi uğursuzluqla nəticələnmişdi.

 

 

Dünyanı dəyişdirən şirkətlər

Dunyani-deyisdiren-sirketler186507

İstehlakçılara təqdim etdikləri məhsullarla, gündəlik həyatı dəyişdirən şirkətlər:

British East India Company

British East India Company, 1600-cü illərdə şərqdəki ədviyyatı qərbə daşımağa başlamasıyla, dünya iqtisadiyyatında ticarət və istehlakın, Çin və Hindistandan qərb ölkələrə də keçməsini təmin etdi. Tarixi mənbələrdə 1700-cü illərdə Çin və Hindistanın dünya iqtisadiyyatının 47%-nə bərabər olduğu, ancaq bu şirkətin ticarətiylə qərb ölkələrində də iqtisadi fəaliyyətin canlandığı bildirilir.

Otis Liftləri

ABŞ-lı sənayeçi Elisha Otis tərəfindən yaradılmış lift şirkəti, əmlak bazarını başdan aşağı dəyişdirdi. Liftlər olmadan əvvəl ABŞ-da ən çox yeddi mərtəbəli binalar tikilirdi. İnsanlar liftləri təhlükəli olaraq görürdü. Hal-hazırda dünyanın ən yüksək binası Burj əl Kalifə-də belə Otis liftləri xidmət göstərir.

Standard Oil

John D. Rockefeller-in 1870-ci ildə yaratdığı neft şirkəti, o dövrdə 440 milyon dollar sərvətlə sənaye başçısını ABŞ-ın ən zəngin adamı elədi. 1880-ci illərə gəldikdə, şirkət dünya neft bazarının bir nömrəsi idi. Daha sonra nəhəng holding, tərkibində bu günün ən böyük firmaları Exxon Mobil, Chevron kimi markaların da olduğu 34 ayrı şirkətə ayrıldı.

AT&T

Graham Bell-in 1876-cı ildə telefonu ixtira etməsindən dərhal sonra, həmin dövrdə də fəaliyyət göstərən və bu günün ən böyük telekommunikasiya şirkətlərindən olan ABŞ-lı AT&T Telefonu müəlliflik hüquqlları ilə birlikdə satın aldı. 20-ci əsrin əvvəllərində telefon istifadəsi yalnız AT&T vasitəsilə edilə bilirdi.

Ford Motor 

Henry Ford, 16 İyun 1906-cı ildə yaratmışdır. 1908-ci ildə ABŞ-da orta təbəqənin satın ala biləcəyi bir avtomobil istehsal etmə xəyalını reallaşdırdı və satışa təqdim etdi. O gündən bu günə Ford bütün dünyada xalqa xitab edən avtomobillər istehsal edir.

McDonalds

ABŞ-ın klassik yemək mədəniyyətini dünyaya təqdim etdi. Hal-hazırda tərkibində 1,3 milyon nəfər çalışır. 100-dən çox ölkədə 35 mindən çox şöbəyə gündə 70 milyon müştəriyə xidmət göstərir.

Google

1996-cı ildə bir qarajda yaradılmış şirkət, Hal hazırda bütün dünyanın məlumat axtarmaq üçün müraciət etdiyi ilk ünvandır.

5 dəqiqəyə 50% doldurulan batareya

00d0b8d7ba5598ef795ca79828047dd1_L

 Çinin ağıllı telefon nəhənglərindən olan Huawei-nin yeni istehsal etdiyi  batareya ilə artıq  ağıllı telefonlar 5 dəqiqəyə 50% doldurula biləcəklər. 

Cihazı ən qısa zamanda batareya ilə yükləmə texnologiyası Android telefonlarda böyük rəqabətə çevrildiyi  bir vaxtda Huawei kimi Qualcomm da 5 dəqiqəyə 60% doldurula bilən batareya istehsal etmək üçün  təcrübələr aparır.
Sürətli doldurulma texnologiyasının ən mühüm nümunəsi olan Samsung S6 10 dəqiqəlik doldurulma ilə 4  saat full şəkildə işləyir.  Huawei həmçinin 2 dəqiqədə 70% doldurula bilən batareya da istehsal edib. Lakin bu batareya ağıllı telefonlar üçün kifayət deyil.

Nə qədər tez-tez səhv edirsiniz?

23Nə qədər tez-tez səhv edirsiniz? Ya da başqa cür sual verilsə, ən son nə zaman yolda gedərkən yerə yıxıldınız? Velosipedə minərkən tarazlığınızı itirdiniz? Və ya bir şey açmağa çalışarkən əlinizi kəsdiniz?.
Artıq gedərkən ya da velosipedə minərkən demək olar ki heç səhv etmirsiz, bunun səbəbi müəyyən zaman içərisində etdiyiniz səhvlərdən dərs alaraq o mövzularda artıq davranış və hərəkətlərinizi mükəmməlləşdirmiş olmağınızdır. Səhvlər ümumi olaraq yeni bir şey edərkən başımıza gəlir. Nə qədər az yeni bir şey sınasanız o qədər başımıza az hadisə gəlir. İnkişaf üçün yeniliklərə və səhvlərə açıq olmağınız lazımdır. İnkişafın bəlkə də 1 nömrəli qaydası yeni addımları, yeni fikirləri sınamaqdır. Ancaq əvvəl heç etmədiyiniz bir şeyin arxasından əlbəttə hər zaman zəfərlə qarşılaşmaya bilərsiniz. Ancaq burada ən əhəmiyyətli olan səhvlərdən dərs alıb gələcəkdə daha da yaxşı hazırlaşmaqdır. Səhv edərək harda zəif olduğumuzu görür və bu tərəflərimizi inkişaf etdirməyə çalışırıq. Öyrəndikcə daha da inkişaf etmiş oluruq. Səhv etməyin digər istiqaməti özümüzü pis hiss etməyimiz və bəzən də utanmağımızdır, buna görə də yeni şeylər sınamaqdan özümüzü saxlayırıq. Yeni addımların və səhv etmənin utanc qaynağı olduğunu düşünməkdənsə, sizə təcrübə qazandıran bir fəaliyyət və ya hadisə olduğunu düşünməyiniz daha da yaxşı olardı. Özünüzü sınayaraq daha az səhv etmiş olacaqsınız. Səhvdən dərs çıxarıb ona gülümsəməli, amma tərs gedən istiqamətləri qətiliklə anlamalısınız. Beləcə həm özünüzü , həm işinizi , həm də ətrafınızı inkişaf etdirə bilərsiniz.

Albert Eynşteyn: “Solaxaylar çox çətin təlim olunurlar və təsir altına çətin düşürlər”

Bu fikirlə yəqin ki, Eynşteynin bütün müəllimləri razılaşardılar. Çünki müəllimləri Albertə ən sadə misalları belə çətinliklə başa sala bilirdilər. Dünya şöhrətli alim məktəbdə oxuyarkən, keçdiyi fənləri çox çətin qavradığından oxumağı bir müddət dayandırmaq fikrinə düşür. Amma gimnaziya rəhbərliyi onu qabaqlayır və Albertin gimnaziyanı bitirməsinə 1 il qalmış rəhbərlik ona gimnazıyanı tərk etməyi təklif edir.Bütün bunlara baxmayaraq solaxay olan Albert Eynşteyn ən şöhrətli alim olmuş və skripkada mükəmməl ifa edə bilirmiş.
78915d

 

Dünya Supermarket tarixində bir ilk!

960-walmart-stores-inc-likely-to-test-delivery-drones

Dünyada Supermarketlər arasında ilk dəfə olaraq məhsullarını hava yolu ilə çatdıracaq olan Walmart artıq bu testlərin başa çatdığını bildirib. Walmartın IT Departamentinin rəhbəri Dan Toporek qeyd edibki bu sistemi mümkün qədər qısa bir zamanda müştərilərin istifadəsinə verəcəyik. Walmart çatdırılmanı “Drone”-lar vasitəsiylə edəcək.