Həm əylənin, Həm alış-veriş edin, Həm qazanın!

1239589_1045003948854354_1656830748273405119_nNoyabr 28-dən Mart 7-ə kimi BAKU MALL Ticarət və Əyləncə Mərkəzində yerləşən Rahat market filialımızdan nağd və ya plastik kartla edəcəyiniz hər 40 AZN alış-veriş edənə 1 ədəd Lotoreya bileti əldə edəcəksiniz. Bu lotereya bileti ilə BAKU MALL Ticarət və Əyləncə Mərkəzində 100 dən çox elektronika məhsulları və qarışıq hədiyyələr qazanacaqsınız, əlavə olaraq SUPER priz Mazda 3 avtomobili sizin ola bilər.
Həm əylənin, Həm alış-veriş edin, Həm qazanın!
Ünvan: Bakı ş.,Yasamal rayonu ,Həsən bəy Zərdabi 183, Qələbə dairəsi, İnşaatçılar m. yaxınlığında
Telefon :
012 434 27 41 /42/ 44/ 46/ 60

NEPTUNDAN MÖHTƏŞƏM YENİ İL KAMPANİYASI

12375189_457872874415147_5847430283749947039_o Neptun Supermarketlər şəbəkəsi müştəriləri sevindirəcək yeni kampaniyaya start verir. Belə ki,20.12.2015-15.01.2016 tarixlərində Neptundan 25, 35 və 60 AZN-dən çox alış-veriş edən müştərilər  Solitondan 25, 35 və 60AZN-lik endirim kuponu qazanacaq. Bundan başqa müştərilərin yeni il alış-verişini nəzərə alan Neptun bu tarixlərdə endirimli və hədiyyəli məhsulları da müştərilərə təqdim edəcək.

“Soyuq əllər, isti ürək”

12339675_1037580402930042_2527306597871295031_oBakıda, Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası açılıb. Bu yarmarka artıq üçüncü ildir ki, “Nargis Fund”un rəhbərliyi ilə keçirilir.. Bizi əsl Yeni İl Sürprizi gözləyir! Azərbaycanın aparıcı moda nəşri “Nargis” jurnalı “Soyuq əllər, İstİ ürək” yeni il xeyriyyə yarmarkasını təşkil edir. Dekabr ayının 1-dən Dekabr ayının 31-nə qədər hər gün səhər saat 11:00-dən axşam 22:00-na qədər yarmarka bakılılar və şəhərimizin qonaqları üçün açıq olacaq. Hər şənbə və bazar günləri sizləri əyləncəli və musiqili proqramlar gözləyir. Dekabr ayın 31-də “Soyuq əllər, İsti ürək” xeyriyyə yarmarkası təntənəli bağlanış mərasimi keçiriləcək.

12304330_1037580422930040_3922906913817267795_o 12309624_1037580529596696_9086884228215421886_o 12314227_1037580536263362_1346523265754416740_o 12304100_1037580649596684_8376350631391166770_o12339273_1037580549596694_7789734889916444622_o

Microsoft Azerbaijan…

2015_11_24_10_35_52_819e

 

Təhsil Nazirliyi, “Microsoft Azerbaijan” şirkəti, “Yüksək Texnologiyalar Parkı” və “Nar” mobil rabitə operatoru “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin milli seçim turuna start verib. “Microsoft Imagine Cup” – dünya tələbələri arasında hər il keçirilən ən miqyaslı innovasiya müsabiqəsidir. Azərbaycanda sözügedən müsabiqə ikinci dəfə təşkil olunur. Müsabiqə çərçivəsində ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç kateqoriya üzrə iştirak edə bilər: “İnnovasiya”, “Dünya vətəndaşlığı” və “Oyunlar”.

Müsabiqədə iştirak etmək üçün “Microsoft” platforması üzərində innovativ proqram layihəsi, “Microsoft” texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən “Microsoft Windows” platformaları üzərində orijinal oyun hazırlamaq lazımdır. Müsabiqədə iştirak etmək istəyənlər cari ilin Dekabrın 25-dək qeydiyyatdan keçməlidir. Müsabiqədə 16 yaşına çatmış ali və peşə təhsil müəssisələrinin tələbələri iştirak edə bilər. Hər komanda eyni və ya müxtəlif universitetlərin 4-dək tələbəsindən ibarət olmalıdır. Komandanın ən azı bir üzvü ingilis dilində sərbəst danışmalıdır. Gələn ilin yanvarın 1-dən Aprelin 15-dək müsabiqəyə hazırlıq işləri aparılacaq, daha sonra isə, aprelin ortalarında, milli turun finalı keçiriləcək ki, nəticədə 3 qalib komanda elan olunacaq. Milli seçim turunun hər bir nominasiyasının qalibi qiymətli hədiyyələrlə təltif olunacaq və ikinci turda – gələn ilin aprel ayının sonunda onlayn rejimdə keçiriləcək beynəlxalq yarımfinalda iştirak etmək şansını əldə edəcək.

Sarı Marketdən Pulsuz Alış-Veriş Şansı!

12240917_903406166380228_8342671027504362138_o

Sarı Marketlər şəbəkəsi hər zaman keçirdiyi fərqli və maraqlı kampaniyaları ilə müştərilərin daim diqqətini və rəğbətini qazanmışdır. Şəbəkə bu dəfədə müştərilərini sevindirmək və onlara qazandırmaq üçün daha bir yenilik edib. Sarı lotto adlı kampaniyaya başlayan şəbəkə , müştərilərinə yüksək xidmətlə yanaşı pulsuz alış-veriş etmək şansıda yaradır. Kampaniyanın üstünlüyü ondan ibarətdir ki, burda hər kəs qazanır, bütün lotto daşlarının hamısı uduşludur.
Kampaniyanın şərtləri də çox sadədir. 10 Azn və yuxarı alış-veriş edirsiz, torbadan bir daş çıxarırsız və həmin çıxardığınız daşa müvafiq olaraq endirim və ya pulsuz alış-veriş qazanırsınız.
Sarı Marketin ünvanları:

 

1. 6-cı Mkr. Svetlana Məmmədova küç., 6 M 205 B (Nəsimi metrosunun yanı)
2. 9-cu Mkr. Mir Cəlal küç. Məhəllə 3169
3. M.Davudoğlu küç. 17 (Varoviskinin kuruqu)
4. Süleyman Sani Axundov küç. 5 F (Azadlıq metrosunun yanı)
5. Biləcəri qəsəbəsi, Ordubadi küç. 50 (Məmmədoğulları servisin yanı)
6. Binəqədi şossesi 8 (Xırdalan Respublika DYP-nin yanı)