[WLS id='157']

Bill Qeytsdən 9 liderlik sirri

6e9b15

Sirr 1: Bir vizion sahibi olmaq. 

Bill Qeyts kiçik yaşlarından bəri kompyuterin əhəmiyyətini və insan həyatında tutacağı yeri çox yaxşı qavramış bir insandır. Yaxın dostu və Microsoftun qurucu ortağı Paul Allen ilə tez-tez kompyuterin inkişafı haqqında müzakirələr, müxtəlif düşüncələr aparmışlar. Bu müzakirələrin nəticəsində irəlidə hər kəsin evində və işində özünə aid bir kompyuter sahibi olacağını təxmin edirmişlər.

Sirr 2: Çox işləmək. 

Bill Qeyts çox ağıllı bir insandır. Amma ağıllı olmağın tək başına yetməyəcəyini, çox çalışılması gərək olduğunu düşünür və çox çalışır. Evlənmədən əvvəl birlikdə olduğu sevgilisindən ayrılmasının səbəbi iş xaricində keçirdiyi ümumi zamanın yalnız 7 saat olmasıdır (yuxu daxil). Yanında çalışan insanlardan da eynisini gözləyir.

Sirr 3: Ağıllı işçilərlə çalışmaq. 

Proqram təminatı texnologiya baxımından ən uc sektorlardan biridir. Belə bir sektorda sıravi insanlarla çalışılamayacağını, ağıllı insanlarla çalışılması lazım olduğunu düşünür və şirkətinə həmişə ən ağıllı insanları işə götürməyə çalışır. Ağıllı işçi kimdir, ağıllı olduğunu necə bilmək olar kimi suallara belə cavab verir: Ağıllı insan hər şeyin bir-bir deyilməsi lazım olmadığı bir adamdır. Microsoft işlədəcəyi ağıllı işçiləri tapmaq üçün çox araşdırma edir. Sırf işçi lazımdı deyə kimisə qəbul etmirlər. İstədikləri adamı tapmaq üçün bir vəzifəni uzun müddət boş saxladıqları da olur. 

Sirr 4: İşçilərə səhm vermək. 

Bill Qeyts özü də daxil olmaq üzrə işçilərinə yüksək, astronomik ödənişlər vermir. Microsoftun heç bir işçisi dünyanın ən yüksək ödənişli işçiləri siyahısına girə bilmir. Bunun yerinə ağıllı işçiləri cəlb edə bilmək üçün onlara səhm verir. Məsələn, Bill Qeyts Microsoftun indiki başçısı olan Steve Ballmeri işə razı sala bilmək üçün çox böyük səhm vermişdi. Ballmer bu hissələr sayəsində indi böyük bir sərvətə sahibdir (10 milyard dollardan çox). İşçilərə səhm vermək Amerikada məşhur bir tətbiq üsuludur, amma heç bir şirkətdə bu ölçüdə səhm paylanmasına rast gəlinmir.

Sirr 5: İşçilərə dəyər vermək. 

Microsoft ən ağıllı insanlarla işləmək istəyir və onları itirmək istəmir. Bill Qeyts bir yazısında işdən ayrılan hər işçinin arxasından ”nə üçün ayrıldı, nə üçün onu təmin edə bilmədik, harada səhv etdik” suallarını soruşduğunu söyləyirdi. İşçilər Microsoftun ən qiymətli varlıqlarıdır. İşlərinin hər anında bunu hiss edirlər. Bunun nəticəsində də Microsoftda işçi dövranı ABŞ ortalamasına görə iki qat aşağıdır.

Sirr 6: Bazarın inkişafını izləmək. 

Tez inkişaf edən sektorda geridə qalmaq yox olmaq deməkdir. Bill Qeyts heç bir sahədə bazar inkişafından geridə qalmaq istəmir. Geridə qaldığı zaman öz səhvini tez başa düşüb lazımi tədbirləri görür.

Sirr 7: Bazarın inkişafını izləməklə qalmayıb, bazarı formalaşdırmaq.

Bill Qeytsin və Microsoftun şüarı: “We set the standards (standartları biz qoyuruq)”. Microsoftun tarixi bu şüara uyğun gələn müxtəlif nümunələrlə doludur. Məsələn, fərdi kompyuterlərdə istifadə edilən proqramlaşdırma dili mövzusunda Microsoftun məhsulu Basic bir standartdır. DOS əməliyyat sistemi və daha sonralar çıxardığı Windows əməliyyat sistemi hal-hazırda bazarda ən məşhur məhsullar hesab olunur.

Sirr 8: Bir məsələyə fokuslanmaq. 

Microsoft, proqram təminatı sahəsində çalışan bir şirkətdir. Gəlirinin 90 faizdən çoxu proqram təminatından gəlir. Proqramın təminatı ilə yanaşı mouse, oyun cihazları, səs kartı kimi aksesuarlar da istehsal olunur amma bunlar, əsasən, Microsoftun proqram təminatı texnologiyalarını dəstəkləmək üçündür.

Sirr 9: Təvazökar bir həyat sürmək. 

Rəqiblərinin demək olar hamısının xüsusi təyyarəsi, xüsusi yaxtası və s. olduğu halda, Bill Qeyts çox sadə həyat tərzi sürür. Bill Qeytsə niyə təyyarəsi, yaxtası və s. olmadığını sual verdikdə belə cavab verir: Elə yaşasam, başqa cür düşünməyə başlayaram və indikindən çox fərqli bir şəxsiyyətə sahib olaram və lazımınca çalışa bilmərəm.


NuMuNe.BiZ