Haqqımızda

vbnj1VENTA Biznes xəbər jurnalı Sizlər üçün Sizin haqda danışacaq…

Hər bir rəhbər özünü və şirkətini PR etmək üçün müsahibə vermək məcburiyyətindədir – jurnalistləri sevməsə belə, çox zaman haqlı şəkildə: – “saat yarım adama zaman xərclədim, danışdım, izah etdim, göstərdim, ədəbiyyatla təmin etdim, sonda mənə ağlasığmaz bir mətn göndərir! Yəni bu qədər mənim fikrimi dəyişmək olar? Məktəb şagirdi bundan savadlı yazardı. Məcbur qaldım özüm yazam, bundan sonra birdə bu işi etmərəm”. Amma müsahibə PR işinin əsaslarından biri olduğu üçün, ondan şirkət rəhbəri belə rahat canını qurtara bilməz.

Lakin jurnalistlər arasındada müsahibə almaq istəyi olanlarda çox olmur. Bu iş heçdə göründüyü kimi asan deyil. Əsas səbəbləri əlbətdə ki, sifarişçilərin nazı, jurnalistlərə yardım etməməsi, bitməyən mətn razılaşdırılması və s.

Müsahibələrin növlərinə gəldikdə isə, özünü ifadə etmək istəyi olan insanlardan almaq daha zövqlü və maraqlı olur. Amma bir çox zaman sifariş xarakterli müsahiblər şablon suallar üzərində qurulur və oxucuların marağını cəlb etməkdə çətinlik çəkir. Əsas qanunlardan biri odur ki, bir məqalədə müştəri haqqında bütün məlumatı çatdırmaq olmaz, prioritet olan məsələlərə toxunmaq lazımdır. Bir iş adamın bir neçə sahələr üzrə çalışdığı zaman, həm istehsalatı, həm xidməti, həm importu, həm də eksportu var və s., bütün bu istiqamətləri əhatə edə biləcək məqalə müsahibə şəklində verilə bilməz. Bu artıq şirkət haqqında geniş məlumat xarakterli bir məqalə olmalıdır.

Jurnalistlər arasındada cox az adam var ki, sifarişlə olan müsahibəni sərbəst söhbət şəklində təqdim edə bilsinlər. Hər bir jurnalistin xəyalı – həm yüksək qonorar alsın, həm də gözəl materialla oxucu kütləsini qazansın. VENTA biznes xəbər jurnalı olaraq, biz xəyallarla yaşamırıq, biz real işlə məşğul olmağa üstünlük veririk, sizlərin xəyallarınızı gerçəkləşdirmək üçün sizə yardım etmək istəyirik.

Bizim saytda oxucularımız əsasən iş adamları, biznes sahələrin müxtəlif nümayəndələri ilə keçirilən müsahibələrlə və bizness dünyasında baş verən fərqli hadisələr və konsepsialar  haqda məlumatlarla tanış olacaqlar.

VENTA biznes xəbər jurnalı vasitəsilə əsasən bizimlə əməkdaşlıq edənlərin uğur qazanmasını istəyirik, onların bizim xidmətlərdən məmnun qalmalarını arzulayırıq. Biz jurnalist peşəkarlığın yüksək zirvələrini fəth etmək niyyətində deyilik, lakin hər bir işdə peşəkarlığın mövcudluğu şərtdir. Bizim istəyimiz insanlarla səmimi iş söhbətləri keçirmək, oxucularımızı maraqlandıran suallara cavab tapmaqda yardımçı olmaq, müştərilərimizin bazarda düzgün tanıdılmasında köməklik göstərməkdir.

VENTA biznes xəbər jurnalı kollektivi olaraq bütün müştərilərimizə və oxucularımıza işlərində uğurlar arzulayırıq, bizə dəstək olmalarını və  istədiklərini paylaşmasını xahiş edirik.