[WLS id='157']

Əhəmiyyətsiz peşə yoxdur …

everyday-workers

Hər peşənin bir etibarı, bir möhtərəmliyi vardır… Əhəmiyyətsiz peşə yoxdur … Hər peşə cəmiyyət həyatı üçün çox əhəmiyyətlidir…

  • Təmizlik işçiləri olmasa: Yaşadığım şəhər  zibildən iy verər.
  • Bərbər olmasa: Saçlarımı kim səliqəyə salar?
  • WC. TƏMİZLİKÇİSİ  olmasa: Ümumi yerlərdə necə wc.ye girə bilərəm? İş yerimde wc.necə təmiz qala bilər?
  • Bazarçılar, tərəvəz satanlar olmasa: Tərəvəzləri kimdən alaram.?
  • Qəssab olmasa: Ət məhsullarını necə əldə edə bilərəm?
  • Çörəkçilər olmasa: çörəyimizi kim bişirər?
  • İnşaat işçiləri olmasa: Evlərimizi, iş yerlərimizi, binaları …. kim inşa edə bilər?
  • Ayaqqabı boyaçıları və təmirçilər olmasa: Ayaqqabımı harada rənglədəcəm və ya  təmir etdirəcəm?
  • Ofisiantlar olmasa: Getdiyim restoran, kafedə kim mənim sifarişimi gətirəcək.?

Peşələr qruplara bölünə bilər … İnsanlar isə bərabərdir, etdikləri peşələr fərqli ola bilər hamısı bundan ibarətdir…

Eşqin bəy çox gözəl çay dəmliyir, bir təşkilatın çayçısıdır … Eşqin bəyin mühasibatlıqdan heç bir anlayışı yoxdur.

Əhməd bəy mühasibdir, hesab işləri ilə məşğul olur  amma çay içməyə vaxtı belə yoxdur …

Burda izah etmək istədiyimiz, Əhməd bəyin işini Eşqin bəy, Eşqin bəyin işini Əhməd bəy görə bilməz.

QISACASI BU XİDMƏTLƏRİ alacağımız dəyərli insanlar OLMASA: BİZLƏR NƏ edərdik?

‘Hər  bir Peşənin öz möhtərəmliyi Var’ bunu unutmamağınızı tövsiyyə edərdik…


NuMuNe.BiZ